...

Dörd həftə ərzində COVID-19 səbəbindən ölüm halları 59 faiz azalıb - ÜST

Dünya xəbərləri Materials 7 İyul 2023 03:13 (UTC +04:00)

Bakı. Trend:

İyunun 5-dən iyulun 2-dək olan müddətdə dünyada 885 mindən çox insan koronavirus infeksiyasına yoluxub, 4,9 mindən çox insan dünyasını dəyişib.

Trend xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

Məlumata görə, əvvəlki 28 günlə müqayisədə ölənlərin sayı 59 faiz, yoluxmaların sayı isə 48 faiz azalıb.

Təşkilatın məlumat cədvəlinə əsasən, dörd həftə ərzində dünyada 885 min 478 yoluxma halı və 4 min 912 ölüm halı qeydə alınıb. Bu dövrdə ən çox yoluxma Koreya Respublikasında aşkarlanıb - 383 min 767.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti