...

Bu ölkədə 4 il əvvəl itkin düşən autizmli qız tapıldı

Dünya xəbərləri Materials 27 İyul 2023 19:17 (UTC +04:00)
Bu ölkədə 4 il əvvəl itkin düşən autizmli qız tapıldı
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-nin Arizona ştatında 14 yaşında itkin düşən qız 4 il sonra Montanada tapılıb.

Trend xəbər verir ki, Qlendeyl polisinin təşkil etdiyi mətbuat konfransında 14 yaşlı itkin düşən Alisiya Navarronun Kanada sərhədindən 64 kilometr məsafədə yerləşən kiçik bir qəsəbədə polis bölməsinə gedərək özünü təqdim etdiyi açıqlanıb.

A.Navarronun tam təhlükəsizlikdə olduğu və sağlamlığının qaydasında olduğu deyilib. Heç kimin ona zərər vermədiyini və əsir saxlamadığını deyən qız anasına qovuşub.

Qeyd edək ki, hazırda 18 yaşı olan və yüksək funksiyalı autizm diaqnozu qoyulan Alisiya 15 iyul 2019-cu ildə itkin düşmüşdü. Anası qızının internet vasitəsilə tanış olduğu biri tərəfindən qaçırıla bildiyini deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti