...

Taliblər rus biznesmenləri ilə görüşüb

Dünya xəbərləri Materials 8 Avqust 2023 16:30 (UTC +04:00)
Taliblər rus biznesmenləri ilə görüşüb
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Rusiyalı biznesmenlərin nümayəndə heyəti Əfqanıstana nəzarət edən "Taliban" hərəkatının sənaye və ticarət nazirinin müavini Mövləvi Qüdrətullah Camal ilə görüş keçirib.

Trend xəbər verir ki, bu barədə taliblərin sənaye və ticarət nazirliyinin mətbuat mərkəzi məlumat yayıb.

"Rusiyanın nümayəndə heyəti Əfqanıstanda elektrik enerjisi, kənd təsərrüfatı və kommunal xidmətlərə investisiya qoymağa hazır olduğunu bildirib", - məlumatda deyilir.

Məlumata görə, rus iş adamları treyderlərin öz kommersiya məhsullarını asanlıqla ixrac edə bilmələri üçün "Taliban" rəhbərliyinə hər iki ölkədə birgə kommersiya agentlikləri yaratmağı təklif ediblər.

Rus nümayəndə heyətinin tərkibinə dair təfərrüatlar isə açıqlanmayıb.

Qeyd edək ki, "Taliban" hərəkatı Rusiyada terrorçu təşkilat kimi qadağan olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti