...

Havay adalarında yanğınlar - çoxlu sayda ölən var

Dünya xəbərləri Materials 10 Avqust 2023 15:33 (UTC +04:00)
Havay adalarında yanğınlar - çoxlu sayda ölən var
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Havay adalarında irimiqyaslı yanğınlar ən azı 36 nəfərin ölümünə və turistlər arasında məşhur olan Maui adasındakı Lahayna şəhərinin böyük bir hissəsinin məhv olmasına səbəb olub.

Trend xəbər verir ki, bu barədə Havay adalarının qubernatoru Coş Qrin "CNN"ə məlumat verib.

Onun sözlərinə görə, əhalisi 9 min nəfər olan turizm və iqtisadi mərkəz Lahaynanın böyük bir hissəsi dağlıb, yüzlərlə ailə öz evlərini tərk etmək məcburiyyətində qalıb.

11 mindən çox insan, o cümlədən turistlər Maui adasından təxliyə edilib, daha 1500 nəfərin təxliyə ediləcəyi gözlənilir. Hava limanına gedən əsas avtomagistral yolun bağlanması vəziyyəti bir qədər çətinləşdirsə də, hazırda yolların əksəriyyəti açıqdır.

Yanğının güclü külək səbəbindən ada boyu sürətlə yayıldığı deyilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti