...

Havay adalarında meşə yanğınları nəticəsində 53 nəfər ölüb

Dünya xəbərləri Materials 11 Avqust 2023 04:18 (UTC +04:00)
Havay adalarında meşə yanğınları nəticəsində 53 nəfər ölüb

Bakı. Trend:

Havay adalarında baş verən meşə yanğınlarında ən azı 53 nəfər ölüb.

Trend-in məlumatına görə, bu barədə Maui dairəsinin idarəsi (Havay ştatı) bildirib.

"Yanğınsöndürmə işləri davam edərkən daha 17 nəfərin öldüyü təsdiqlənib. Bununla da ölənlərin sayı 53-ə çatıb", - deyə qeyd olunub.

Bundan əvvəl 36 nəfərin öldüyü bildirilirdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti