...

Havay adalarında yanğınlarda ölənlərin sayı 80-ə çatıb (YENİLƏNİB)

Dünya xəbərləri Materials 12 Avqust 2023 14:03 (UTC +04:00)
Havay adalarında yanğınlarda ölənlərin sayı 80-ə çatıb (YENİLƏNİB)
Xəyal Hətəmzadə
Xəyal Hətəmzadə
Bütün xəbərlər

Bakı. Trend:

Havayda meşə yanğınları nəticəsində ölənlərin sayı 80-ə çatıb.

Trend xəbər verir ki, təbii fəlakət nəticəsində yüzlərlə insan itkin düşüb.

Həmçinin qeyd edilib ki, ölənlərin sayının artacağı da istisna edilmir.

Meşə yanğınları hələ də davam edir. Yanğının söndürülməsi üçün üç fərqli istiqamətdən tədbirlər davam etdirilir.

xxx

07:57

ABŞ-nin Havay ştatının Maui adasında baş verən yanğınlar nəticəsində ölənlərin sayı 67 nəfərə çatıb.

Trend xəbər verir ki, ştatın qubernatoru Coş Qrin CNN-ə müsahibəsində qurbanların sayının artacağını istisna etməyib.

Havay arxipelaqının kiçik adalarından biri olan Maui adasında meşə yanğını avqustun 9-da başlayıb. Güclü külək səbəbindən yanğın qısa zamanda turistik Lahaina şəhərinə də keçib. Nəticədə şəhər tamamilə yanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti