...

Havay adalarında baş verən yanğının zərəri 5,5 milyard dollar qiymətləndirilir

Dünya xəbərləri Materials 13 Avqust 2023 07:22 (UTC +04:00)
Havay adalarında baş verən yanğının zərəri 5,5 milyard dollar qiymətləndirilir

Bakı. Trend:

Havay adalarında baş verən yanğınlardan sonra bərpa işlərinə təxminən 5,52 milyard dollar lazım olacaq.

Trend-in məlumatına görə, bu barədə ABŞ Federal Fövqəladə Halların İdarə Olunması Agentliyinin və yerli tədqiqat mərkəzinin mütəxəssislərinin hesablamalarında bildirilib.

Son məlumatlara görə, adada meşə yanğınları nəticəsində azı 80 nəfər ölüb. 2,2 mindən çox bina dağıdılıb və ya zədələnib. Söhbət əsasən yaşayış binalarından gedir. Hadisə ilə əlaqədar ən azı 4,5 min nəfərin müvəqqəti mənzilə ehtiyacı var.

Qeyd edək ki, Maui adasında meşə yanğını avqustun 9-da başlayıb. Güclü külək səbəbindən yanğın qısa zamanda turistik Lahaina şəhərinə də keçib. Yanğın daha çox bu şəhərə ziyan vurub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti