...

İstanbulda gəmidə partlayış - ölən var

Dünya xəbərləri Materials 14 Avqust 2023 13:23 (UTC +04:00)

Bakı. Trend:

Türkiyənin Tuzla limanında gəminin tullantı anbarında partlayış baş verib.

Trend-in TurkicWorld-ə istinadən məlumatına görə, hadisə yerinə çoxlu sayda polis, yanğınsöndürən və AFAD (Afet ve Acil Durum Yönetimi Başkanlığı) qrupları cəlb edilib.

İlkin məlumata əsasən, partlayış nəticəsində bir nəfər yaralanıb, bir nəfər isə ölüb.

Hadisənin səbəbi ilə bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti