...

“Taliban”ın məmur təyin etdiyi şəxsi öz cangüdəni qətlə yetirdi

Dünya xəbərləri Materials 18 Avqust 2023 17:18 (UTC +04:00)
“Taliban”ın məmur təyin etdiyi şəxsi öz cangüdəni qətlə yetirdi

Bakı. Trend:

Əfqanıstanın Kündüz vilayətində “Taliban” tərəfindən təyin edilən məmur öz cangüdəni tərəfindən öldürülüb.

Trend xəbər verir ki, hadisə kameralar tərəfindən qeydə alınıb.

Öldürülən şəxs Kündüz vilayətində “Taliban” polisinin narkotiklərlə mübarizə şöbəsinin rəhbəri Kari Samiulla Nafizdir.

Qətli törədən mühafizəçi artıq həbs edilib, cinayətin motivləri barədə məlumat verilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti