Ərdoğan bu gün Türkiyə hökumətinin iclasını keçirəcək

Dünya xəbərləri Materials 21 Avqust 2023 09:54 (UTC +04:00)

Bakı. Trend:

Bu gün Türkiyə hökumətinin iclası olacaq.

Trend xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

\Bildirilib ki, Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçiriləcək iclasın gündəliyinə bir çox məsələ daxil edilib.

İclasda inflyasiyaya qarşı mübarizə, sentyabrda açıqlanması gözlənilən Orta Müddətli Proqramla bağlı araşdırmalar, dövlət qulluqçularının əməkhaqqının, pensiyaların artırılması ilə bağlı məsələlər, habelə xarici siyasət məsələləri müzakirə ediləcək.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti