...

Havay adalarında mindən çox insan itkin düşüb

Dünya xəbərləri Materials 21 Avqust 2023 12:19 (UTC +04:00)
Havay adalarında mindən çox insan itkin düşüb
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Havay adalarında baş verən yanğınlar səbəbindən 114 nəfər həlak olub, mindən çox insan isə itkin düşüb.

Trend xarici KİV-ə istinadən xəbərinə görə, Maui adasındakı dəhşətli yanğınlar nəticəsində minlərlə ev və obyekt dağılıb.

Qeyd edək ki, Havay adalarında başlayan irimiqyaslı yanğınlar turistlər arasında məşhur olan Maui adasındakı Lahayna şəhərinin böyük bir hissəsinin məhv olmasına səbəb olub.

Xatırladaq ki, meşə yanğınlarının vurduğu ziyanın, ilkin hesablamalara görə, 6 milyard dollar olduğu deyilir. Yanğın nəticəsində 2,2 min bina məhv olub, 500 binaya ziyan dəyib. Bu, Havayda 1960-cı ildən sonra kütləvi insan tələfatı ilə nəticələnən ən böyük fəlakətdir. Həmin il sunami 61 nəfərin həyatına son qoymuşdu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti