...

Türkiyədə meşə yanğınlarına görə 700-dən çox insan təxliyə edilib

Dünya xəbərləri Materials 23 Avqust 2023 01:03 (UTC +04:00)
Türkiyədə meşə yanğınlarına görə 700-dən çox insan təxliyə edilib
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyənin Çanaqqala vilayətində baş verən meşə yanğınında 736 nəfər təxliyə edilib.

Trend-in TurkicWorld-a istindən verdiyi məlumata görə, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun deyib.

“Nene Hatun" Təcili Müdaxilə Gəmisi, 1 328 personal, səkkiz təyyarə, 26 helikopter, 202 su çəni, 30 su tankeri və 64 inşaat maşını ilə yanğının qısa zamanda nəzarət altına alınması üçün böyük mübarizə aparılır. Bölgədəki vətəndaşlarımız ehtiyat məqsədi ilə təxliyə edildi."- deyə ALtun qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti