...

Polşa ABŞ-dan raket əleyhinə müdafiə sistemi üçün 12 radar və 48 buraxılış qurğusu alır

Dünya xəbərləri Materials 6 Sentyabr 2023 02:11 (UTC +04:00)

Bakı. Trend:

Polşanın Müdafiə Nazirliyi ABŞ-dan “Wisla” hava və raketdən müdafiə sistemi üçün avadanlıqların və silahların tədarükünə dair müqavilə imzalayıb.

Trend-in məlumatına görə, bu barədə Polşa tərəfi Kelse şəhərində keçirilən Beynəlxalq Müdafiə Sənayesi Sərgisində sənədin imzalanmasından sonra məlumat verib.

“ABŞ tərəfi ilə bağlanmış müqavilələr çərçivəsində hərbi texnika, o cümlədən 12 LTAMDS hərtərəfli radar, 48 “PATRIOT M903” sisteminin buraxılış aparatı və PAC-3 MSE raketlərinin ehtiyatı hissələri alınacaq”, - deyə bildirilib.

"Müqavilənin mövzusu həm də logistika və təlim paketləri olub. Daha sonra ABŞ hökuməti ilə IBCS sisteminin komponentləri üzrə sazişlər bağlanacaq", - məlumatda deyilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti