...

ABŞ Ukraynaya yeni hərbi yardım paketini elan edib

Dünya xəbərləri Materials 7 Sentyabr 2023 23:36 (UTC +04:00)

Bakı. Trend:

ABŞ Ukraynaya 600 milyon dollarlıq yeni hərbi yardım paketini açıqlayıb.

Trend xəbər verir ki, bu barədə Pentaqonun sözçüsü Sabrina Sinq brifinqdə bildirib.

Qeyd edilib ki, paketə Ukraynanın hava hücumundan müdafiəsini gücləndirmək üçün avadanlıq, artilleriya sursatları, minatəmizləmə texnikası və s. daxildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti