...

Liviyada dəhşətli fəlakət - Qalaqlanan meyitlərin çox azı tanınıb

Dünya xəbərləri Materials 13 Sentyabr 2023 17:13 (UTC +04:00)
Liviyada dəhşətli fəlakət - Qalaqlanan meyitlərin çox azı tanınıb
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Liviyada leysanların səbəb olduğu sel qurbanlarının hesablanması davam edir. Həlak olanların sayı 5,3 mini keçib.

Trend xəbər verir ki, bu barədə ölkənin mülki aviasiya naziri Hişem Şkivat deyib.

Onun sözlərinə görə, çoxlu sayda bina dağılıb, şəhərin 25 faizi yoxa çıxıb.

“Liman şəhəri Dernada iki bənd dağıldıqdan sonra bir çox yaşayış məntəqələri su altında qalıb. Meyitlərin əksəriyyəti dənizə sürüklənib. Təsdiqlənmiş ölənlərin sayı 5300-ü ötüb. Qəbiristanlıqlarda yüzlərlə cəsəd qalaqlanıb, onların çox az hissəsi tanınıb”, - deyə o, bildirib.

Qeyd edək ki, Yunanıstan və Bolqarıstanda daşqınlara səbəb olan “Daniel” qasırğası sentyabrın 11-də Liviyaya çatıb.

Təbii fəlakət xüsusən Derna şəhərində böyük fəsadlara səbəb olub. Daşqınlarla əlaqədar Liviya Milli Birlik Hökuməti şəhərdə təbii fəlakət vəziyyəti elan edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti