Bakı. Trend:
İran və ABŞ məhbus mübadiləsini planlaşdırır. Vaxt dəqiq müəyyən edilməsə də, mübadilənin sentyabrın 18-də baş tutacağı gözlənilir.
Trend xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.
Bildirilib ki, proses BMT Baş Assambleyasının Nyu-Yorkda keçiriləcək sessiyasının açılışına bir gün qalmış başa çata bilər.
Qeyd edək ki, avqustun 10-da “The New York Times” qəzeti Vaşinqtonla Tehranın məhbus mübadiləsi barədə razılığa gəldiyini yazıb. Elə həmin gün Ağ ev belə bir razılaşmanın mövcudluğunu təsdiqləyib. Razılaşmaya əsasən, İran ABŞ-ın sanksiyaları səbəbindən Cənubi Koreyanın bank hesablarında dondurulan 6 milyard dolları geri ala biləcək.
Tehran “Nüvə sazişindən” çıxdıqdan sonra ABŞ İrana qarşı sanksiyalar tətbiq edib. Nəticədə ən iri səkkiz neft idxalatçısı, o cümlədən Cənubi Koreya İrandan enerji resursları almağı dayandırıb. Eyni zamanda, Koreya Respublikası İran neftinin idxalı üçün nəzərdə tutulan vəsaiti dondurmaq qərarına gəlib.