...

Kılıçdaroğlunu o əvəz edəcək

Dünya xəbərləri Materials 15 Sentyabr 2023 18:15 (UTC +04:00)
Kılıçdaroğlunu o əvəz edəcək

Bakı. Trend:

Türkiyədə müxalifətdə olan Cümhuriyyət Xalq Partiyasının (CHP) sədrliyinə yeni namizəd irəli sürülüb.

Trend-in TurkicWorld-ə istinadən məlumatına görə, Prof. Dr. Örsan Öymen namizdəliyini irəli sürüb.

"CHP öz prinsiplərindən uzaqlaşıb. Siyasi partiyanın üzvü partiyanın qurultay tərəfindən müəyyən edilmiş əsas prinsiplərinə əməl etməyə borcludur. CHP-nin təməl prinsipləri bəllidir və qorunmalıdır. Hazırda partiyanın nəyi təmsil etdiyi bəlli deyil", - deyə Örsan Öymen bildirib.

Qeyd edək ki, daha öncə CHP sədrliyinə Özgür Özel namizəd olacağını açıqlamışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti