Bakı. Trend:
Türkiyənin təhlükəsizlik qüvvələri ölkənin cənub-şərqində Şırnak və Diyarbəkir vilayətlərində PKK terror təşkilatının iki silahlısını zərərsizləşdirib.
Trend xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Əli Yerlikaya sosial şəbəkələrdə məlumat verib.
Onun sözlərinə görə, zərərsizləşdirilən qruplaşma üzvləri Türkiyə Daxili İşlər Nazirliyinin axtarışda olan terrorçular siyahısında “qırmızı” və “boz” kateqoriyalarında yer alıblar.
Əli Yerlikaya bildirib ki, terrorçular Türkiyə təhlükəsizlik qüvvələrinin 9 nəfərinin ölümü və 21 nəfərin yaralanmasında iştirak ediblər.
Terrorçulara qarşı xüsusi əməliyyata EGM və J-SİHA PUA-ları və ATAK hücum helikopteri cəlb edilib.