...

Türkiyə-Ermənistan sərhədindəki körpü bərpa ediləcək

Dünya xəbərləri Materials 29 Sentyabr 2023 16:00 (UTC +04:00)
Türkiyə-Ermənistan sərhədindəki körpü bərpa ediləcək
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyə-Ermənistan sərhədində yerləşən İpək Yolu körpüsü təmir olunacaq.

Trend xəbər verir ki, bu barədə Türkiyə mediası yazıb.

Türkiyə Avtomobil Yolları Baş İdarəsi yalnız sütunları qalan tarixi İpək Yolu körpüsünün təmiri üçün layihə tenderi elan edib. Tenderdən sonra körpünün bərpa işlərinə ən qısa zamanda başlanılacağı bildirilib.

Keçmiş nəqliyyat, dənizçilik və kommunikasiya naziri, Qarsdan olan millət vəkili Əhməd Arslan qeyd edib ki, Ani xarabalıqları (Ani şəhəri - Qədim Bizansa bağlı olan Bagrati krallığının paytaxtı - red.) üçün çox əhəmiyyətli və dəyərlidir:

“Çünki bu ərazi sultan Alp Arslanın 1064-cü ildə Anadoluya ayaq basdığı ilk ​​yerdir. Onun mühüm xüsusiyyətlərindən biri də İpək Yolu üzərində olmasıdır. Tezliklə işə başlanacaq körpü bizim üçün çox dəyərlidir, mədəniyyət və turizm nazirimiz, bir sıra nazirlər, nazirliklər bu layihənin reallaşması üçün səy göstərirlər. İnşallah, tarixi körpü bərpa olunacaq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti