...

Cənub ərazilərə 100 faiz nəzarət edirik - İsrail ordusu

Dünya xəbərləri Materials 10 Oktyabr 2023 09:49 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

İsrailin Müdafiə Ordusu Qəzza zolağı ilə həmsərhəd olan cənub ərazilərə 100 faiz nəzarət edir.

Trend xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, oktyabrın 10-da həmin əraziyə HƏMAS-ın və ya başqa qüvvələrin müdaxiləsi baş verməyib.

İsrailin döyüş təyyarələri Qəzza zolağında Rimal və Xan Yunis şəhərləri ətrafında HƏMAS-a və başqa silahlı qruplaşmalara aid 200-dən artıq hədəfi məhv edib.

Qeyd olunub ki, döyüş təyyarələri “İslami-Cihad” terrorçu qruplaşmasının hərbi obyektlərinə, habelə HƏMAS-ın Xan Yunisdəki məsciddə yerləşən silah anbarına, bu silahlı qruplaşmanın əməliyyat qərargahına, onların tank əleyinə olan iki əməliyyat mərkəzinə, Əl-Furkanda yerləşən HƏMAS-ın istifadə etdiyi çoxmərtəbəli binaya, qruplaşmanın qərargahı yerləşən məscidə, HƏMAS-ın daha iki əməliyyat mərkəzinə zərbələr endirib.

Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. İsrail ordusu "müharibə hazırlığı vəziyyəti" elan edib və cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti