...

Bəzi “iPhone”lar gecə avtomatik olaraq sönür - Yeni xəta

Dünya xəbərləri Materials 12 Oktyabr 2023 12:46 (UTC +04:00)
Bəzi “iPhone”lar gecə avtomatik olaraq sönür - Yeni xəta
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

Bəzi “iPhone” modelləri gecə avtomatik olaraq sönür.

Trend xəbər verir ki, zəngli saat və digər “iPhone” funksiyalarını dayandıran xəta “iOS 17”nin ən son versiya ilə işləyən cihazlarda da baş verir.

Həm sosial media platformalarında, həm də “Apple” dəstək forumunda bu məsələ ilə bağlı çoxlu şikayətlər var. İstifadəçi təyin etdiyi iki ayrı zəngli saatın işləməməsindən şikayətlənib. Bir neçə başqa istifadəçi də oxşar xətalarla üzləşdiyini bildirib və məlum olub ki, xəta “iPhone”un gecə saatlarında sönməsi ilə bağlı ola bilər. Batareyanın parametrlərini yoxlamaq və gecə vaxtı fasilələrin olub-olmadığını yoxlamaq lazımdır.

Bu xəta “iOS 17”nin ən son versiyasında da baş verir. Bəzi istifadəçilər həmçinin səhər yuxudan duranda şifrələrini daxil etməli olduqlarını bildiriblər ki, bu da “iPhone”un bir gecədə yenidən işə düşdüyünə və ya sönməsinə işarədi.

Qeyd edək ki, smartfonun sönməsi təkcə “iPhone 15” modelləri ilə məhdudlaşmır və başqa istifadəçilərin yaşadığı problem deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti