...

İlin sonuna qədər daha 40 hərbi təlimin keçirilməsi planlaşdırılır – Yaşar Güler

Dünya xəbərləri Materials 14 Oktyabr 2023 00:03 (UTC +04:00)
İlin sonuna qədər daha 40 hərbi təlimin keçirilməsi planlaşdırılır – Yaşar Güler

Bakı. Trend:

İlin sonuna qədər daha 40 hərbi təlimin keçirilməsi planlaşdırılır.

Trend TurkicWorld-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə naziri Yaşar Güler “Sərbəst Atış - 2023” təlimində iştirakı zamanı deyib.

Yaşar Güleri Baş Qərargah rəisi, ordu generalı Metin Gürak, Quru Qoşunları komandanı ordu generalı Selçuk Bayraktaroğlu, Dəniz Qüvvələri komandanı admiral Ercüment Tatlıoğlu, Hərbi Hava Qüvvələri komandanı Ziya Kamal Kadıoğlu, Milli Müdafiə Nazirinin müavinləri və ordu komandirləri müşayiət edib.

“Son bir ildə 63 yerli və beynəlxalq təlim keçirilib, ilin sonuna kimi daha 40 təlimin keçirilməsi planlaşdırılır. Bu təlimlərlə biz qəhrəman ordumuzun quruda, dənizdə və havada effektivliyini və çəkindiriciliyini hər gün artırırıq” – deyə Yaşar Güler bildirib.

O bildirib ki, Türkiyənin coğrafiyası və mövcud müdafiə, təhlükəsizlik mühiti Türkiyə Silahlı Qüvvələrinin çəkindirici qüvvə olmasını və bu təhdidləri aradan qaldırmaq üçün hər zaman fəaliyyətə hazır olmasını zəruri edir.

Güler, “Sərbəst Atış - 2023” təlimi ilə inventarda olan silah sistemlərinin atəş imkanlarının və birgə elementlər arasında atəş dəstəyi koordinasiyasının müvəffəqiyyətinin müşahidə edildiyini bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti