...

Blinken ilə Səudiyyə Ərəbistanının XİN rəhbəri Qəzza zolağındakı vəziyyəti müzakirə ediblər

Dünya xəbərləri Materials 14 Oktyabr 2023 18:25 (UTC +04:00)

Bakı. Trend:

ABŞ dövlət katibi Antoni Blinken Səudiyyə Ərəbistanına işgüzar səfəri çərçivəsində Krallığın xarici işlər naziri şahzadə Faysal bin Fərhan Al Səud ilə danışıqlar aparıb.

Trend-in məlumatına görə, bu barədə "Al Ekhbariya" televiziya kanalı xəbər verib.

ABŞ dövlət katibi və Səudiyyə Ərəbistanı xarici işlər naziri “Fələstin ərazilərində gərginliyin azaldılması yollarını” və Qəzza zolağında yaralılara tibbi yardım göstərmək üçün humanitar dəhlizlərin açılması imkanlarını müzakirə ediblər.

Bundan əlavə, tərəflər anklav sakinlərinin ərzaq və ilkin tələbat malları ilə təmin edilməsi probleminə toxunublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti