...

Türkiyənin qarşıdakı 5 il üçün yol xəritəsini müəyyən edən 12-ci İnkişaf Planını tamamladıq - Ərdoğan

Dünya xəbərləri Materials 17 Oktyabr 2023 20:57 (UTC +04:00)

Bakı. Trend:

Türkiyənin qarşıdakı 5 il üçün yol xəritəsini müəyyən edən 12-ci İnkişaf Planını tamamladıq.

Trend-in TurkicWorld-ə istinadən məlumatına görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan öz rəsmi "X" hesabında paylaşım edib.

"Sağlam düşüncə ilə, qeyri-hökumət təşkilatları, peşəkar təşkilatlar və iş dünyasının töhfələri ilə hazırladığımız 12-ci İnkişaf Planını bu gün TBMM-in ixtiyarına verəcəyik. 5 illik inkişaf planı 5 əsas oxdan ibarətdir - ixtisaslı insanlar, güclü ailə, sağlam cəmiyyət, sabit inkişaf və güclü iqtisadiyyat, yaşıl və rəqəmsal transformasiya ilə rəqabətədavamlı istehsal, fəlakətlərə davamlı yaşayış sahələri, davamlı mühit, ədalətə əsaslanan demokratik idarəetmə", - deyə Ərdoğan paylaşımda bildirib.

12-ci İnkişaf Planı dövründə orta hesabla beş faiz sabit və balanslı bir böyümə hədəflədiklərini ifadə edən Ərdoğan qeyd edib ki, biz 2028-ci ilə qədər 1 trilyon 589 milyard dollar milli gəlirə, 17 min 554 dollara adambaşına düşən gəlirə çatmağı hədəfləyirik. Hər il orta hesabla üç faiz məşğulluq artımı təmin edərək, dövr sonunda işsizliyin yüzdə 7,5-ə enməsini nəzərdə tuturuq.

"2028-ci ilin sonuna qədər inflyasiyanın daimi olaraq təkrəqəmli və yüzdə 4,7 səviyyəsinə endirilməsini hədəfləyir, dövləti və milləti Türk Əsrinə aparan yolda istiqamətləndirəcək 12-ci İnkişaf Planının xeyirli olmasını diləyirik",- deyə paylaşımda qeyd olunub.

Qeyd edək ki, 2024-2028-ci illəri əhatə edəcək 12-ci İnkişaf Planının hazırlıqları çərçivəsində 54 xüsusi ekspertiza komissiyası və 26 işçi qrupu yaradılıb, müxtəlif başlıqlar altında araşdırmalar aparılıb.

Xəbər lenti

Xəbər lenti