Bakı. Trend:
ABŞ Nümayəndələr Palatasının müvəqqəti spikeri Patrik Makqenri istefa verə bilər.
Trend-in məlumatına görə, bu barədə "NBC News" televiziya kanalı xəbər verib.
"Bu gün qapalı formatda keçirilən görüşdə Makqenri respublikaçı həmkarlarına bildirib ki, əgər respublikaçılar ictimai səsvermə olmadan səlahiyyətlərini genişləndirmək üçün qanunlar təqdim etməyə çalışsalar, o, müvəqqəti spiker vəzifəsindən istefa verə bilər", - deyə bildirilib.
Qeyd olunub ki, bununla Makqenri gələcək müvəqqəti spikerlərə Nümayəndələr Palatasına seçilmiş spikerlərin bütün tam səlahiyyətlərini verəcək presedent yaratmaq istəmir.