Bakı. Trend:
Türkiyənin Xəzinə və maliyyə naziri Mehmet Şimşek xarici investorlarla görüşlər keçirib.
Trend TurkicWorld-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Xəzinə və Maliyyə naziri Mehmet Şimşek paylaşım edib.
Fransanın Türkiyəyə ən çox beynəlxalq sərmayə yatıran ilk 10 ölkə arasında olduğuna diqqət çəkən nazir, sərmayədarlarla görüşlərini həftənin əvvəlində Körfəz ölkələrinə səfərlərlə davam etdirəcəyini açıqlayıb.
"Səfərlərimizin məqsədi ölkəmizin yeni proqramını izah etmək və məşğulluq və yüksək əlavə dəyər təmin edəcək daimi investisiya cəlb etməkdir" –deyə Şimşek qeyd edib.
Nazir görüşləri çərçivəsində əvvəlcə Fransanın ən böyük iş adamları birliyi olan MEDEF-in üzvləri ilə görüşüb. Daha sonra o, təxminən 4 trilyon avronu idarə edən Fransada fəaliyyət göstərən investisiya fondlarına və yüksək səviyyəli bank menecerlərinə Türkiyənin iqtisadiyyatını və proqramını izah etdiklərini açıqlayıb.
Nazir Şimşek həmçinin Beynəlxalq Enerji Agentliyinin prezidenti Fatih Birol ilə qlobal enerji bazarının görünüşü ilə bağlı görüş keçirdiyini bildirib.
Nazir görüşləri çərçivəsində Fransa-Almaniya Forumunda 70-ə yaxın şirkətin menecerlərinə Türkiyədə investisiya imkanlarını izah edib.