...

İsveç hökuməti remiqrasiyanın artırılması imkanlarını araşdırır

Dünya xəbərləri Materials 27 Oktyabr 2023 05:39 (UTC +04:00)
İsveç hökuməti remiqrasiyanın artırılması imkanlarını araşdırır

Bakı. Trend:

İsveç hökuməti geri miqrasiyaya dəstək proqramının təhlilini aparmaq qərarına gəlib.

Trend-in məlumatına görə, proqram İsveçdə 1984-cü ildən icra edilir, lakin ötən il ərzində ondan cəmi iki nəfər yararlanıb. Təhlil Danimarka da daxil olmaqla, digər ölkələrin remiqrasiya təcrübəsini araşdıracaq.

“Məsələn, hərbi əməliyyatlardan qaçmaq üçün vətənlərini tərk etməli olan, lakin vəziyyət yaxşılaşdıqca geri qayıtmaq istəyən insanlara dəstək verilə bilər”, - ölkənin miqrasiya naziri Mara Malmer Stenerqard bildirib.

Geri miqrasiyanın vəziyyətinin araşdırılması əsnasında işin hansı qruplara yönəldilməli olduğu və geri miqrasiyanı artırmaq üçün hansı tədbirlərin, maddi təşviqlərin rol oynaya biləcəyi aydın olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti