...

Ermənistan Aİ ilə viza məsələləri ilə bağlı danışıqlara başlayacaq

Dünya xəbərləri Materials 14 Noyabr 2023 11:52 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistanın Avropa İttifaqı (Aİ) ilə viza rejiminin liberallaşdırılması üzrə danışıqlara başlaması bir neçə ayın məsələsidir.

Trend xəbər verir ki, bunu Ermənistanın xarici işlər nazirinin müavini Paruyr Ovannisyan jurnalistlərə deyib.

Qeyd edək ki, bir qədər əvvəl Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell Aİ-nin İrəvana Avropa Sülh Fondu çərçivəsində mümkün dəstəyi, o cümlədən, Ermənistan üçün viza rejiminin liberallaşdırılmasını gözdən keçirdiyini bildirib.

Ovannisyan Borrellin açıqlamasını vizaların liberallaşdırılması üzrə danışıqlara başlamaq qərarı olaraq şərh edib.

"Ermənistan və Aİ viza rejiminin liberallaşması üzrə danışıqlara başlamaq məsələsini müzakirə edirlər", - o deyib.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti