Bakı. Trend:
Türkiyədə İnterpol tərəfindən mavi bülletenlə axtarışa verilən Beynəlxalq Narkotik Kartelinin “Qərbi Balkan Qanadı”nın idarəçilərindən biri tutulub.
Trend-in məlumatına görə, bu barədə Türkiyə daxili işlər naziri Əli Yerlikaya bildirib.
Nazir bildirib ki, Kristian Paliç adlı şəxs "KARTEL-3" əməliyyat
zamanı İstanbulun Beşiktaş rayonunda tutulub.