Bakı. Trend:
Yeni Kaledoniyada Fransaya qarşı etiraz aksiyası keçirilir.
Trend xəbər verir ki, aksiyada Yeni Kaledoniya bayrağı ilə yanaşı, Azərbaycan bayrağı qaldırılıb.
Fransız polisi aksiya iştirakçılarından Azərbaycan bayrağını yığışdırmağı tələb edib. Lakin aksiya iştirakçıları bu tələbi rədd edib.
Qeyd edək ki, Sakit okeanın cənub-qərb hissəsində adalar
qrupundan ibarət olan bu dövlət 1853-cü ildən Fransanın
müstəmləkəçiliyi altında yaşayır.
Cari ilin 6 iyul tarixində Bakıda Qoşulmama Hərəkatının
Əlaqələndirmə Bürosunun nazirlər görüşü çərçivəsində “Kolonializmin
tamamilə aradan qaldırılmasına doğru” mövzusuna həsr olunmuş tədbir
keçirilib. Yeni Kaledoniya parlamentinin sədri Rock Wamytan,
Fransız Polineziyası Assambleyasının prezidenti Antony Geros,
Fransa Milli Assambleyasının deputatı Jean-Victor Castor və digər
şəxslər iştirak edib.
Tədbir iştirakçıları Fransanın müasir müstəmləkəçilik siyasətinin aradan qaldırılması yolları, Afrika qitəsində və dünyanın müxtəlif regionlarında de-fakto mövcud olan köləliyin kökünün kəsilməsi üçün zəruri addımların atılması istiqamətində müzakirələr aparıb.