...

BQXK azad edilən girovlarının dördüncü qrupunu qəbul etməyə başlayıb

Dünya xəbərləri Materials 27 Noyabr 2023 22:24 (UTC +04:00)
BQXK azad edilən girovlarının dördüncü qrupunu qəbul etməyə başlayıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) HƏMAS tərəfindən azad edilən dördüncü girov qrupunun qəbulu proseduruna başlayıb.

Trend-in məlumatına görə, bu barədə "Al Arabiya" televiziya kanalı xəbər verib.

Bu məlumatı Misir tərəfindən Dövlət informasiya xidmətinin rəhbəri Diya Rəşvan da təsdiq edib.

O qeyd edib ki, Qəzza zolağında saxlanılan 11 israillinin İsrail həbsxanalarından olan 33 fələstinli ilə dəyişdirilməsi prosesi “yaxın saatlarda tamamlanacaq”.

Xatırladaq ki, oktyabrın 7-də İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsindən reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar.

İsrail müharibə vəziyyəti elan edib. Bundan başqa, İsrailin müdafiə naziri Yoav Qallant ehtiyatda olan hərbçilərin kütləvi çağırışını elan edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti