Bakı. Trend:
Qüdsdə terror aktı olub.
Trend xəbər verir ki, bu barədə İsrail telekanalı məlumat yayıb.
Məlumata görə, terror aktı nəticəsində ən azı 8 nəfərin yaralandığı qeyd olunub. Terrorçu zərərsizləşdirilib.
Xatırladaq ki, oktyabrın 7-də İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsindən reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar.
İsrail müharibə vəziyyəti elan edib. Bundan başqa, İsrailin müdafiə naziri Yoav Qallant ehtiyatda olan hərbçilərin kütləvi çağırışını elan edib.