...

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova TÜRKSOY-un Baş katibi ilə görüşüb (FOTO)

Dünya xəbərləri Materials 8 Dekabr 2023 18:15 (UTC +04:00)
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova TÜRKSOY-un Baş katibi ilə görüşüb (FOTO)

Bakı. Trend:

Bakıda Türk Mədəniyyəti və İrsi Fondunun mərkəzi qərargahında təşkilatın rəhbəri Aktotı Raimkulova ilə TÜRKSOY-un Baş katibi Sultan Rayev arasında görüş keçirilib.

Trend-in TurkicWorld-ə istinadən məlumatına görə, Aktotı Raimkulova qonaqları salamlayaraq, TÜRKSOY-u 30 illiyi, eləcə də Türkiyə Cümhuriyyətini 100 illiyi münasibətilə təbrik edib.

Məlumata əsasən, görüşdə Fondun prezidenti Aktotı Raimkulova müasir dövrdə Türk Dünyasında hərtərəfli əlaqələrin gücləndirilməsi məqsədilə qurulmuş Türk Əməkdaşlıq Təşkilatlarının bir-biri ilə koordinasiyalı fəaliyyətlərinin vacibliyindən söz açıb. Fond ilə TÜRKSOY arasında mövcud əlaqələrdən bəhs edən Aktotı Raimkulova, təşkilatlar arasında ikitərəfli münasibətlərin bundan sonra da uğurla inkişaf edəcəyinə, türk xalqlarının zəngin mədəniyyətinin və irsinin daha artıq təbliğinə töhfə verəcəyinə əminliyini ifadə edib.

TÜRKSOY-un Baş katibi Sultan Rayev Aktotı Raimkulovanı Türk Dövlət Başçıları tərəfindən Fondun prezidenti təyin olunması münasibətilə təbrik edib və bu məsul vəzifədə ona uğurlar arzulayıb. Baş katib TÜRKSOY ilə Fond arasında tərəfdaşlığın daha da genişləndirilməsinin önəmini vurğulayıb.
Görüş 2024-cü il üzrə birgə fəaliyyət istiqamətləri və digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadilələri ilə davam edib.

Xəbər lenti

Xəbər lenti