...

ABŞ İsraildən Qəzzadakı əməliyyatı yeni ilədək başa çatdırmasını tələb edib

Dünya xəbərləri Materials 11 Dekabr 2023 10:06 (UTC +04:00)
ABŞ İsraildən Qəzzadakı əməliyyatı yeni ilədək başa çatdırmasını tələb edib
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ İsraildən Qəzzadakı əməliyyatı yeni ilədək başa çatdırmasını tələb edib.

Trend xəbər verir ki, bu barədə "The Economist" jurnalı adı qeyd olunmayan mənbəyə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, ABŞ-nin dövlət katibi Entoni Blinken bənzər müraciətlə İsrailə səfəri zamanı çıxış edib. Həmçinin, qeyd olunub ki, Bayden administrasiyası İsraildən xüsusən Qəzza zolağında dinc Fələstin əhalisinin əziyyət çəkməsini azaltmaq üçün daha çox səy göstərməsini tələb edir.

Xatırladaq ki, bir qədər əvvəl ABŞ prezidenti Co Bayden Ağ Evdə jurnalistlərin Qəzzada atəşkəs şansı ilə bağlı sualına "Heç bir şans yoxdur" deyə cavab vermişdi.

Qeyd edək ki, oktyabrın 7-də İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsindən reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar.

İsrail müharibə vəziyyəti elan edib. Bundan başqa, İsrailin müdafiə naziri Yoav Qallant ehtiyatda olan hərbçilərin kütləvi çağırışını elan edib.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti