...

Donald Tusk yenidən Polşa hökumətinə rəhbərlik edəcək

Dünya xəbərləri Materials 12 Dekabr 2023 01:35 (UTC +04:00)
Donald Tusk yenidən Polşa hökumətinə rəhbərlik edəcək

Bakı. Trend:

Polşa Seymi (parlamentin aşağı palatası) Donald Tuskun ölkənin yeni baş naziri vəzifəsinə namizədliyinə səs verib.

Trend-in məluatına görə, bu barədə "Rzeczpospolita" nəşri xəbər verib.

Məlumata əsasən, o, maksimum 225 səsdən 248 səs toplayıb (201 deputat əleyhinə səs verib).

Bundan sonra D.Tusk nazirlər kabinetini formalaşdırmalı olacaq. Onun tərkibi və hökumət proqramı çərşənbə axşamı, dekabrın 12-də təqdim edilməlidir.

Qeyd edək ki, D.Tusk 2007-2014-cü illərdə Polşanın baş naziri, sonra isə beş il (2014-2019) Avropa Şurasının sədri olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti