...

Ermənistan Arazdəyəndəki metallurgiya zavodunu köçürəcək

Dünya xəbərləri Materials 14 Dekabr 2023 14:45 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistan hökuməti Arazdəyəndəki metallurgiya zavodunu Ararat vilayətinin Ararat kəndinə köçürmək barədə qərar qəbul edib.

Trend erməni KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistan hökuməti bu gün məlumat yayıb.

Xatırladaq ki, bir qədər əvvəl Ermənistanın iqtisadiyyat naziri Vaan Kerobyan Arazdəyəndəki metallurgiya zavodunun başqa yerə köçürüləcəyini bildirib.

Zavodun yaxın əraziyə köçürüləcəyini deyən nazir köçürmə və tikinti prosesinin davam etdiyini qeyd edib.

Tikintinin özəl vəsaitlər hesabına aparıldığını deyən Kerobyan sonrakı addımları investorların müəyyənləşdirdiyini bildirib.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti