Bakı. Trend:
Ermənistanın paytaxtı İrəvanın mərkəzində İran vətəndaşına məxsus mağazada yanğın olub, mağaza sahibi ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Trend xəbər verir ki, bu barədə erməni "Telegram" kanalları məlumat yayıb.
Bildirilib ki, Tiqran Mets prospektində yerləşən mağazadakı yanğın yüz metrlərlə məsafədən görünüb.
Hadisə yerinə çox sayda yanğınsöndürənlər və patrul xidməti cəlb olunub.