...

Haiti Prezidentinə qarşı sui-qəsd planında iştiraka görə sabiq senator ömürlük həbs edilib

Dünya xəbərləri Materials 20 Dekabr 2023 04:06 (UTC +04:00)
Haiti Prezidentinə qarşı sui-qəsd planında iştiraka görə sabiq senator ömürlük həbs edilib

Bakı. Trend:

Haitili sabiq senator Con Coel Cozef 2021-ci ilin iyulunda Haiti Prezidenti Xovenel Moiseyə qarşı sui-qəsd planında iştiraka görə ömürlük həbs cəzasına məhkum edilib.

Trend-in məlumatına görə, “Associated Press”in bildirdiyi kimi, məhkəmə təxminən 30 dəqiqə davam edib və sabiq senator əfv istəyib. O, əvvəlcə Haiti Prezidentini öldürmək niyyətində olmadığını, lakin planın nəzarətdən çıxdığını söyləyib.

Ötən il Yamaykadan Mayamiyə ekstradisiya olunan müttəhim oktyabr ayında ölkəsinin Prezidentinə qarşı sui-qəsd təşkil etməkdəki və missiyanı yerinə yetirməyə başlamazdan bir gün əvvəl Port-o-Prens yaxınlığındakı evində sui-qəsdçilərlə görüşməkdəki günahını etiraf edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti