...

Slovakiyanın Baş naziri Robert Fitso Ukraynanın NATO-ya daxil olmasına qarşı çıxıb

Dünya xəbərləri Materials 21 Dekabr 2023 05:45 (UTC +04:00)

Bakı. Trend:

Ukraynalılara hərbi yardımdan imtina edən Slovakiyanın Baş naziri Robert Fitso Ukraynanın NATO-ya daxil olmasına qarşı çıxıb. O, bunun III Dünya müharibəsinə səbəb olacağını bildirib.

Trend xəbər verir ki, bu barədə Baş nazir “InfoVojna”ya müsahibəsində deyib.

“Slovakiya hökumətində çoxluq təşkil edən partiyanın Ukraynanın NATO-ya üzvlüyü ilə razılaşmaması təəccüblü deyil. Çünki bu, III Dünya müharibəsinin başlanğıcı olacaq”, - deyə R.Fitso qeyd edib.

Baş nazir bunun heç vaxt baş verməyəcəyinə inandığını söyləyib. Bundan əlavə, o, Ukraynanın Aİ-yə daxil olması üçün illər lazım olacağını bildirib və belə bir qərarın əleyhinə olmadığını vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti