...

Qəzzada BMT-nin ölən əməkdaşlarının sayı açıqlanıb

Dünya xəbərləri Materials 23 Dekabr 2023 09:45 (UTC +04:00)
Qəzzada BMT-nin ölən əməkdaşlarının sayı açıqlanıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Qəzza zolağında BMT-nin 136 əməkdaşı həlak olub.

Trend xəbər verir ki, bu barədə BMT Baş katibi Antoniu Quterreş “X” sosial şəbəkə hesabında paylaşım edib.

O bildirib ki, BMT əməkdaşlarının çoxu evlərini tərk etmək məcburiyyətində qalıblar, bu isə görünməmiş haldır: “Onlara və Qəzza zolağında mülki insanlara dəstək olmaq üçün həyatlarını riskə atan minlərlə yardım işçisinə hörmət edirəm”.

Xatırladaq ki, Qəzzada oktyabrın 7-dən indiyə kimi ölənlərin sayı 20 mini keçib. Onlardan azı 8 mini uşaq, 6 min 200 nəfəri qadındır. Yaralananların sayının isə 52 min 600-ü keçdiyi bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti