Bakı. Trend:
Güclü qar yağması ilə əlaqədar Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamenti qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələri üçün Türkiyə ilə sərhədə gedən yolu bağlamaq qərarına gəlib.
Trend xəbər verir ki, bu barədə idarənin mətbuat xidməti məlumat yayıb.
"Güclü qar və buzla əlaqədar Xaşuri-Axaltsixe-Vale beynəlxalq avtomobil yolunda qoşqulu və yarımqoşqulu avtomobillərin hərəkəti qadağan edilib", - məlumatda deyilir.