...

Pakistanda Yeni il şənliklərindən imtina ediblər

Dünya xəbərləri Materials 28 Dekabr 2023 22:34 (UTC +04:00)
Pakistanda Yeni il şənliklərindən imtina ediblər

Bakı. Trend:

Pakistan Yeni ili Fələstinlə həmrəy olaraq qeyd etməkdən imtina edib.

Trend-in məlumatına görə, bu barədə Pakistanın müvəqqəti baş naziri Ənvar-ül-Haq Kakar deyib.

"Pakistan xalqı qəm içindədir. Buna görə də Pakistan hökuməti vəziyyəti nəzərə alaraq, Yeni illə bağlı bütün şənlikləri qadağan etmək qərarına gəlib", - deyə siyaşətçi bildirib.

Baş nazir həmçinin vurğulayıb ki, Pakistan Qəzza zolağına iki partiya humanitar yardım göndərib və üçüncünü göndərməyə hazırlaşır. Bundan əlavə, o xatırladıb ki, Pakistan rəhbərliyi Qəzzaya yardım göstərmək üçün mütəmadi olaraq Misir və İordaniya hakimiyyətləri ilə əlaqə saxlayır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti