...

Şimali Koreya ordusu Yapon dənizi istiqamətində ballistik raket buraxıb

Dünya xəbərləri Materials 14 Yanvar 2024 14:40 (UTC +04:00)
Şimali Koreya ordusu Yapon dənizi istiqamətində ballistik raket buraxıb

Bakı. Trend:

Şimali Koreya bazar günü Yapon dənizi istiqamətində ballistik raket buraxıb.

Trend-in məlumatına görə, bu barədə "Yonhap" agentliyi Cənubi Koreya Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinə istinadən xəbər verib.

Cənubi Koreya hərbçiləri bu raketlə bağlı heç bir təfərrüat verməyib, lakin onlar yalnız buraxılışı qeydə aldıqlarını bildiriblər.

Yaponiya Müdafiə Nazirliyi də buraxılış barədə məlumat verib, lakin onlar da heç bir təfərrüat verməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti