...

Türkiyənin Qırğızıstana kimyəvi maddə ixracının həcmi açıqlanıb

Dünya xəbərləri Materials 15 Yanvar 2024 12:25 (UTC +04:00)
Türkiyənin Qırğızıstana kimyəvi maddə ixracının həcmi açıqlanıb

Bakı. Trend:

Türkiyə 2023-cü ilin yanvar-dekabr aylarında Qırğızıstana kimyəvi maddə məhsulları ixracını 2022-ci ilin eyni dövrü ilə müqayisədə 2,2 faiz azaldaraq 61,3 milyon dollara çatdırıb.

Trend xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

"2023-cü ilin dekabr ayında Türkiyə Qırğızıstana kimyəvi maddə məhsulları ixracatını 2022-ci ilin eyni ayı ilə müqayisədə 34,6 faiz artıraraq 4,6 milyon dollara çatdırıb", - deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, 2023-cü ilin yanvar-dekabr aylarında Türkiyənin kimyəvi maddə ixracı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 8,7 faiz azalaraq, 30,6 milyard dollara çatıbb.

2023-cü ilin dekabr ayında Türkiyə 2,7 milyard dollar məbləğində kimyəvi maddə ixrac edib ki, bu da 2022-ci ilin dekabr ayı ilə müqayisədə 0,4 faiz çoxdur.

Qeyd olunub ki , son 12 ay ərzində (dekabr 2022- dekabr 2023) Türkiyə 30,6 milyard dollar məbləğində kimyəvi maddə ixrac edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti