Bakı. Trend:
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti yunanıstanlı deputat Teodoros Rosopulos seçilib.
Trend xəbər verir ki, bu barədə Ukraynanın Assambleyadakı nümayəndə heyətinin üzvü, Ali Radanın humanitar və informasiya siyasəti məsələləri Komitəsinin sədr müavini Yevgeniya Kravçuk sosial şəbəkədə məlumat verib.
Onun sözlərinə görə, Teodoros Rosopulos bu vəzifəyə yeganə namizəd olub.
Qeyd edək ki, Teodoros Russopulos bundan əvvəl Avropa Xalq Partiyası (EPP) qrupunun vitse-prezidenti və AŞPA-nın Miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin sədri olub.