...

Filippində daşqınlar: 17 nəfər həyatını itirib

Dünya xəbərləri Materials 5 Fevral 2024 17:37 (UTC +04:00)
Filippində daşqınlar: 17 nəfər həyatını itirib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Filippinin Mindanao adasında baş verən daşqınlar və torpaq sürüşmələri nəticəsində 17 nəfər ölüb.

Trend bu barədə xarici KİV-lərə istinadən xəbər verir.

Məlumata görə, təbii fəlakət nəticəsində 4 nəfər yaralanıb, 8 nəfər isə itkin düşüb.

Bundan başqa, daşqınlar səbəbindən 400 minə yaxın yerli sakin evlərini tərk etmək məcburiyyətində qalıb, 82 minə yaxın insan təxliyə mərkəzlərinə yerləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti