...

Suriyanın şərqindəki ABŞ bazasına raket zərbələri endirilib

Dünya xəbərləri Materials 14 Fevral 2024 00:27 (UTC +04:00)
Suriyanın şərqindəki ABŞ bazasına raket zərbələri endirilib

Bakı. Trend:

Suriyanın şərqindəki Deyr əz-Zor əyalətindəki Əl Ömər neft yatağı yaxınlığındakı hərbi baza hücuma məruz qalıb.

Trend-in məlumatına görə, bu barədə "Al Mayadeen" televiziya kanalı xəbər verib.

Məlumata əsasən, hərbi baza ABŞ hərbçilərinin nəzarəti altındadır.

Bildirilib ki, bazaya bir neçə raket zərbəsi endirilib. Bazanın yerləşdiyi ərazidən partlayış səsləri eşidilib.

Hücumun təfərrüatları və nəticələri barədə məlumat verilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti