...

Fransanın müdafiə naziri Ermənistana gedəcək

Dünya xəbərləri Materials 22 Fevral 2024 13:09 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Fransanın müdafiə naziri Sebastian Lekornu fevralın 22-23-də Ermənistana səfər edəcək.

Trend "France-Presse" (AFP) agentliyinə istinadən xəbər verir ki, Fransa müdafiə nazirinin Ermənistana ilk səfəri iki ölkə arasında müdafiə sahəsində əlaqələrin gücləndirilməsi məqsədini daşıyır.

Bir müddət öncə imzalanmış müqaviləyə əsasən, Fransa Ermənistana radarlar verəcək. Eyni zamanda, İrəvan və Paris artilleriya və raket sistemlərinin tədarükü ilə bağlı da danışıqlar aparır.

Fevralın 21-də Parisdə Fransa Müqavimət Hərəkatının erməni iştirakçısı Misak Manuşyan və onun arvadının nəşinin Panteona köçürülməsi mərasimi keçirilib. Mərasimdə Fransa prezidenti Emmanuel Makron və Parisədə səfərdə olan Ermənistanın baş naziri Nikol Paşinyan da iştirak edib.

Xəbər lenti

Xəbər lenti