Bakı. Trend:
Türkiyənin xarici işlər naziri Hakan Fidan Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşüb.
Trend xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb.
Bildirilir ki, görüş Rio-de-Janeyroda keçirilən G20 Xarici İşlər Nazirləri Toplantısı çərçivəsində baş tutub.
Qeyd edək ki, fevralın 21-də Braziliyida G20 ölkələrinin xarici işlər nazirləri Rio-de-Janeyroda görüşüblər. Onlar Braziliyanın sədrliyi ilə keçiriləcək illik liderlər sammitinə hazırlıq çərçivəsində qlobal gərginliyi və çoxtərəfli institutların təkmilləşdirilməsi yollarını müzakirə ediblər.