Bakı. Trend:
Ermənistan Xarici İşlər Nazirliyinin baş katibi Boris Saakyan vəzifəsindən azad edilib.
Trend xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb.
Məlumata görə, müvafiq fərman Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən imzalanıb.
Qeyd edək ki, son zamanlarda erməni KİV-ləri Paşinyanın hökumətdə təmizləmə siyasəti apardığını yazır. Bildirilir ki, baş nazir hakim "Vətəndaş Müqaviləsi" partiyasının üzvü olmayan bütün dövlət məmurlarını vəzifədən məhrum edəcək.